Komanda

Bizim komanda

İşin arxasında dayanan komanda ilə tanış olun.

Toğrul Bağırlı
Toğrul Bağırlı
Qurucu Tərəfdaş və İnnovasiya Direktoru

Toğrul 16 oktyabr 2012-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən elektronika, robototexnika, proqramlaşdırma və dron texnologiyalarına böyük maraq göstərmişdir. 10 yaşında robototexnika və C++ proqramlaşdırması üzrə təhsil almış, bu sahələrdə bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirmişdir. Hazırda elektronika, avtomatlaşdırma, robototexnika və dron texnologiyaları sahələrində geniş biliyə malikdir. O, hazırda TIMAZ-da Qurucu Tərəfdaş və İnnovasiya Direktoru vəzifəsində çalışaraq şirkətin innovasiya və texnoloji inkişaf istiqamətlərinə rəhbərlik edir.

Ayaz Məmmədli
Ayaz Məmmədli
Texniki Direktor, TIMAZ kurslarının direktoru

Ayaz Məmmədli 22 aprel 1991-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Uşaqlıq illərindən texnologiyaya və xüsusilə uçuş aparatlarına böyük maraq göstərib. Bu marağını peşəkar səviyyəyə çatdırmaq üçün Moskva Dövlət Texniki Universitetində təhsil alıb, daha sonra elektronika və proqramlaşdırma sahəsində biliklərini təkmilləşdirmək məqsədilə Hindistanda təhsilini davam etdirib.

Elektronika, mexanika, proqramlaşdırma, aerodinamika və aviamodelizm sahələrində geniş bilik və təcrübəyə malikdir. Azərbaycandakı akademiyalardan birində aviamodelizm üzrə müəllim kimi fəaliyyət göstərib. Hazırda öz şirkətini idarə edir, beynəlxalq səviyyədə tanınmış şirkətlərlə əməkdaşlıq edir və yüksək texnologiyalı layihələrin həyata keçirilməsində fəal iştirak edir.

Bəhruz Bağırov
Bəhruz Bağırov
Qurucu və Baş İcraçı Direktor

Bəhruz Bağırov 13.02.1982-ci il tarixində Azərbaycanın Ağdam şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən texnologiyaya böyük maraq göstərmiş, bu sahədə biliklərini müstəqil şəkildə inkişaf etdirmişdir. Elektrikləşdirmə və mexanikləşdirmə üzrə texniki təhsil aldıqdan sonra elektronika, robototexnika, avtomatlaşdırma və pilotsuz uçuş aparatları (PUA) sahələrində ixtisaslaşmışdır. Hazırda TIMAZ-ın Qurucusu və Baş İcraçı Direktoru (Founder & CEO) olaraq şirkətin strateji inkişafına rəhbərlik edir və innovativ texnologiyaların tətbiqi istiqamətində fəaliyyət göstərir.

Ən yaxşı bloq yazıları poçt qutunuza gəlsin!

Pulsuz abunə olun və yeni yazılardan ilk siz xəbərdar olun.